Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:45

Oqtay Əsədov: «İşğal ermənilərin özləri üçün pis nəticələnəcək»


Milli Məclis
Milli Məclis
Fevralın 24-də Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar parlamentin xüsusi iclası keçirilib.

Milli Məclisinin sədri Oqtay Əsədov bildirib ki, bu faciəni Ermənistan havadarlarının köməyi ilə həyata keçirib.

Spiker deyib ki, işğal ermənilərin özləri üçün pis nəticələnəcək:

«Ermənistan bundan nəticə çıxarmalıdır. Biz əminik ki, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacaq, cinayətlərin təşkilatçıları layiqli cəza alacaqlar».

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ-dən qalmış 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini işğal edib. Bu əməliyyatlar zamanı dinc əhaliyə divan tutulub, 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb.

Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Öldürülənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı idi. 8 ailə tamamilə məhv edilib.

***

Milli Məclis Xocalı soyqırımı barədə qərar layihəsinin hazırlanması üçün xüsusi komissiya yaradıb.

Komissiyaya birinci vitse-spiker Ziyafət Əsgərov rəhbərlik edir.

Komissiyanın üzvləri millət vəkilləri Çingiz Qənizadə, Rasim Musabəyov, Mübariz QurbanlıJalə Əliyevadır.
XS
SM
MD
LG