Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 08:56

Tunisdə “Suriyanın dostları” qrupunun görüşü keçiriləcək


Bu gün Tunisdə “Suriyanın dostları” qrupunun görüşü keçiriləcək. Qərb və ərəb ölkələri rəsmi Dəməşqdən atəşin dərhal dayandırılmasını və münaqişədən daha çox zərər çəkmiş bölgələrə humanitar missiyaların daxil olmasına imkan verilməsini tələb edəcəklər.

Hüquq müdafiəçilərinin məlumatına görə, dünən Suriyada hökumət qoşunları ilə müxalifətçilər arasında baş verən qarşıdurmalarda 47 adam ölüb. Onlardan 13-ü Homsda ölənlərdir.

Artıq bir ildir Suriyada prezident Bashar Assadin istefası tələbi ilə aksiyalar davam edir. BMT-nin məlumatına görə, toqquşmalarda 6 minə yaxın insan həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG