Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:33

Angelina Jolie "Azadlıq"a qalmaqallı filmindən danışdı


Azadlıq Radiosu məşhur Hollivud aktrisası Angelina Jolie-dən müsahibə alıb.

Mövzu - onun ilk rejissor işi olan “Qan və bal diyarında” ("In the Land of Blood and Honey") filminin Serbiyada etirazla qarşılanmasıdır.

Jolie deyir ki, insanlar 1991-1995-ci illərin Balkan müharibəsi haqda həqiqətləri bilməlidir.

Fevralın 14-də Bosniya və Hersoqovinada premyerası olan film serb əsgəri Daniyel və onun bir zamanlar sevdiyi bosniyalı qız Ayla haqqındadır.

Ayla əsir alınaraq serb düşərgəsinə gətirilən və serb əsgərlərinin seks köləsi olmağa məcbur edilən qızlar arasındadır.

Danielin atası isə Bosniya serblərinin generalı və düşərgənin rəisidir. Daniyel düşərgədə Ayla ilə üz-üzə gəlir. Onların ürəyində yenə bir-birinə qarşı ülvi hisslər oyanır, amma müharibə reallığı bu sevgi qarşısında maneəyə çevrilir...

Sebiyada bəziləri hesab edirlər ki, filmdə serblər təhqir edilir, onların mənfi obrazı yaradılır...

(Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda alınmış müsahibədən bir parçaya yuxarıda bax)

Günün bütün mövzuları

XS
SM
MD
LG