Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:13

Əfqanıstan Quranı yandıranların açıq məhkəməsini istəyir


Əfqanıstan Quranı yandıranların açıq və ədalətli məhkəməsini istəyir.
Bunu Əfqanıstan prezidenti Həmid Karzainin ofisi öz bəyanatında bildirib.

Prezident ofisi həmçinin bəyan edir ki, NATO Quranı yandıranların məhkəməsinə razı olub.
Agentliklərin məlumatlarında deyilir ki, bunun NATO-dan təsdiqini almaq hələ mümkün olmayıb.
Bundan əvvəl Karzai Baqram bazasında Quranı yandırmaqla Əfqanıstanda 3 gündür davam edən iğtişaşlara səbəb olmaqda Amerikalı zabiti günahlandırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG