Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:30

Diktaturanı ifşa edən "çirkin kuklalar"


Rəssam Li Xia-nin New York-da keçirilmiş sərgisindən görüntü
Rəssam Li Xia-nin New York-da keçirilmiş sərgisindən görüntü
Fransız yazıçısı Guy Sorman Pekində Çinli rəssam Liu Xiaya baş çəkəndə təsadüfən onun yataq otağına girir və otağın «çirkin kukla»larla dolu olduğunu görür.

Yazıçı Sormanı heyrətləndirən ağ-qara plyonka ilə çəkilmiş təsirli kukla fotoları barədə həbs olunmuş hüquq müdafiəçisi fəalı, Nobel mükafatı laureatı Liu Xiaobonun həyat yoldaşı belə danışır. Bu kuklalar qəddar rejim altında məhkumluğun nadir nümunəsidir.

Guy Sorman:

«Liu Xia bir az sıxılmışdı, çünki Çindəki azsaylı dostlarından başqa bu fotoları heç kim görməmişdi. O demişdi ki, bu şəxsi işdir, nümayiş etdirmək, sərgiləmək üçün deyil. Amma mən o fotolardan o qədər təsirlənmişdim ki, ona dedim ki, məhz bu şəkillər mütləq ictimaiyyətə göstərilməlidir».

70-Cİ İLLƏRİN KAMERASI, KİÇİK MƏNZİL VƏ KUKLALAR

Sormanın haqqında danışdığı Liu da daxil bütün Çin xalqının üzləşdiyi əzabın metaforik ifadəsi olan 26 foto «Liu Xianın səssiz gücü» adlı sərgisində nümayiş olunur. Martın 1-dək davam edəcək sərgi Nyu-Yorkda - Manhettendəki Kolumbiya Universitetində təşkil olunub.

Çində daha çox poeziyası ilə tanınan Liu öz həyat yoldaşı ilə birlikdə hakimiyyət tərəfindən təzyiqlərə məruz qaldıqları 1995-2005-ci illərdə «çirkin kukla»ların yüzlərlə fotosunu çəkiblər.

Sormanın dediyinə görə, bu fotoları ərsəyə gətirmək üçün o, 1970-ci illərdən qalmış Rusiya istehsalı kamerasından istifadə edib. Fotoları çap etdirmək üçünsə, öz balaca məxbəxtini qaranlıq otağa çevirib:

Sərgilənən fotolardan biri
Sərgilənən fotolardan biri
«Bu fotoların demək olar ki, hamısı köhnə, işıqsız kamera ilə, onların mənzilində çəkilib. O, bütün bu dramatic hekayələri və metaforaları çox məhdud texniki resurslarla ərsəyə gətirib. Mənə elə gəlir ki, bu, fotoları həqiqətən də təsirli edən bir ziddiyyətdir».

FOTOLAR ÖLKƏDƏN BİR-BİR ÇIXARILIB

Sormanın dediyinə görə, 2010-ci ildə ev dustağı olduğu müddət ilə həbsi arasındakı bir dövrdə Liu ona fotolardan 30-nu verib ki, onları xaricdə nümayiş etdirsin. Çində bu fotoların ictimai nümayişi qeyri-mümkün idi.

Sorman deyir ki, fotoların hamısını birlikdə gömrükdən keçirmək diqqət çəkərdi deyə, onlar bu qərara gəliblər ki, Liunun dostları vasitəsilə fotoları bir-bir qaçaqmalçılıq yolu ilə ölkədən çıxarsınlar.

Məşhur yazıçı və siyasi fəal Liu Xiabo 2009-cu ilin dekabr ayında 11 il müddətinə həbs olunub. O, demokratik və iqtisadi azadlığa çağıran «Xartiya 08» adlı manifestində dövlət çevrilişinə cəhddə ittiham olunur.

Norveçdə siyasi fəal Liu Xiaobo ilə bağlı keçirilmiş aksiya
Norveçdə siyasi fəal Liu Xiaobo ilə bağlı keçirilmiş aksiya
2010-cu ildə Nobel mükafatı alandan sonra 52 yaşlı Liu Xia həyat yoldaşının yanına həbsxanaya gedir və bundan sonra onu da ev dustağı edirlər və bugünədək Liu Xia cəmiyyətdən təcrid olunmuş halda yaşayır.

«BU, TƏKCƏ ÇİN ÜÇÜN XARAKTERİK DEYİL»

Sorman deyir ki, metaforalar və fotolar bu cütlük barədə açıq-aydın oxunan mesajdır:
«Liu Xianın çəkdiyi şəkillərdən biri Liu Xiabonun portretidir, bir çiynində ağlayan kukla var, bu kukla açıq-aydın real Çin vətəndaşıdır. Digər kukla kitabların arasında kəndirə bağlanıb – bu, ev dustağı Liu Xiabonun özüdür, evində, kitabların əhatəsində dustaqdır».
Sorman deyir ki, sərginin əvəzolunmaz akpektlərindən biri də odur ki, əsarətlə bağlı mesajlar təkcə Çin üçün xarakterik deyil. «Liu Xia Burma və ya Zimbabvedə də rəssam ola və eyni fotoları yarada bilərdi» – deyə Sorman bildirir.

«Liu Xianın səssiz gücü» adlı sərgi martın 1-dən Nyu-Yorkda nümayiş olunandan sonra, Mardir və Honq Konqda da sərgilənəcək.

Sayta hazırladı: Ülkər Akifqızı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG