Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:30

Ankarada qədim İncil tapıldı


İsa peyğəmbərin heykəli, ABŞ
İsa peyğəmbərin heykəli, ABŞ
Ankara Ədliyyəsinin Ədalət Əmanətində (Saxlancında) 1500 yaşı olan İncil kitabının tapıldığı xəbəri ortaya çıxıb.

Tapıntı barədə Türkiyənin “Bugün” qəzeti xəbər yayıb.

Xəbərdə kitabın Hz. İsanın ilk öyüdlərini verdiyi Arami dili və Suryani əlifbasıyla yazıldığı bildirilir.

Kitab dəri üzərinə yazılıb, üz qabığı da dəridir.

Kitab polis nəzarəti altında Ankara Etnoqrafiya Muzeyinə təhvil verilib.

8 ildir əmanətdə saxlanılan kitabın dəyərinin 40 milyon lirə olduğu deyilir.

Roma Papalığı İncilin üzərində araşdırma aparmaq istədiyini bildirib.

Bəs İncil Ədalət Sarayına necə gəlib çıxıb?

Deyilənə görə, İncil bu saraya 2000-ci ildə bir qaçaqmalçılıq əməliyyatından sonra düşüb.

Dəstə üzvləri cəzalarını alıb, onlardan ələ keçirilən əşyalar isə Ədalət Sarayına təhvil verilib.

Kitabın vəziyyətinin yaxşı olduğu bildirilir.

Türkiyə mediası bu xəbərə geniş yer ayırıb.

Media hazırda dünyada İncilin iki çap nüsxəsinin olduğunu xəbərləyir.

Onlardan biri Barnaba İncilidir.

İçində Hz Məhəmməddən xəbər verən ayələr olduğu üçün həmişə bu kitab müsəlmanların diqqət mərkəzində olub.

Xristian kilsələrinin “apokrif”- yəni varlığını qəbul etdiyi, amma içindəki bilgiləri rədd etdiyi Barnaba İncili 1979-cu ildə Pakistanda ingiliscə nəşr edilib.

Daha sonra ingiliscədən türkcəyə tərcümə edilərək Türkiyədə çıxıb.

1980-ci ildə Türkiyənin Hakkari bölgəsində tarixi bir mağarada da İncil kitabının tapıldığı deyilir.

Bu İncilin Hz. İsanın havarisi Barnabas tərəfindən yazıldığı və tarixi əhəmiyyətinə görə Türkiyə Müdafiə Nazirliyinin Özəl Qüvvətlər (Xüsusi Təyinatlılar) Komandanlığında saxlanıldığı zaman-zaman mətbuatın gündəminə gəlib.

Hətta bu barədə “Barnabasın sirri” adlı roman da yazılıb.

Bu İncilin də Arami dilində olduğu deyilib.

Hətta kitab ortaya çıxarsa, xristianlıq tarixinin yenidən yazılacağı barədə şayiələr gəzib.

Amma kitab ortaya çıxmayıb.

Onu görmək heç bir elm adamına nəsib olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG