Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:26

Hökumət saytlara kiber hücumun təfərrüatlarını bildirib


Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları Nazirliyi bildirib ki, özlərini “İranın Kiber Ordusu” adlandıran hakerlər Azərbaycan Dövlət Televiziyasının saytına hücum ediblər.
Hakerlər televiziyanın ana səhifəsini yığışdırıblar, yerinə “Həyat oyundur, oyun bitdi” mesajını qoyublar.

AZAL hava yolları şirkətinin saytına da haker hücumu olub. Bura hücum edən hakerlər özlərini “İranın kokain döyüşçüləri” adlandırırlar.

Fevralın 22-si axşam «İdman Azərbaycan» və «Mədəniyyət TV»nin saytlarına da haker hücumu olub.

Hazırda AzTV və Mədəniyyət TV saytlarının işi bərpa olunub. «İdman Azərbaycan» saytının normal işi isə bərpa olunur.
XS
SM
MD
LG