Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:42

Nazir: «Tələbə kartı» demək olar ki, hazırdır


«Azərbaycan tələbə kartı» yaxın iki ayda tətbiq oluna bilər.

Bunu Gənclər və idman naziri Azad Rəhimov bildirib.

O qeyd edib ki, tələbə kartını hazırlayan şirkətin nümayəndələri artıq Bakıda olub və onlarla danışıqlar aparılıb:

«Hazırda «Tələbə kartı»nın dizaynı üzərində işlər gedir. Azərbaycandakı bütün tələbələr, o cümlədən gənclər bu kartdan istifadə edə biləcəklər».

Nazir həmçinin bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Gənclər Fondunun yerləşməsi üçün bir neçə ərazi təklif edib. Hazırda bu təkliflər nəzərdən keçirilir.

«Sözsüz ki, 10 nəfər böyük ştat deyil. Amma onlar haradasa oturmalıdırlar. Prezident Gənclər Fondunun yaradılması haqda sərəncam verib. Artıq demək olar ki, fond fəaliyyətə başlayıb», - A.Rəhimov deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG