Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:11

Təhsil Nazirliyinin yüksək rütbəli əməkdaşının məhkəməsi başlayır


Təhsil Nazirliyinin maliyyə şöbəsinin müdir müavini Orxan Kərimovun cinayət işi üzrə istintaq yekunlaşıb.

İş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası isə martın 5-nə təyin olunub.

Orxan Kərimov 2011-ci ilin iyununda həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə və rüşvət almaqda ittiham olunur.

Orxan Kərimov ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Bildirir ki, Türkiyədə müalicədə olarkən bir nəfər onun adından istifadə etməklə adamlardan rüşvət alıb.

Orxan Kərimovun dediyi həmin şəxs də hazırda həbsdədir.

Milli Məclisin 9 deputatı Orxan Kərimovun zaminə buraxılması üçün prezidentə müraciət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG