Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:47

BMT-nin nümayəndəsi Suriyaya gedir


BMT-nin humanitar proqram üzrə koordinatoru Valerie Amos yaxın günlərdə Suriyada olacaq. Məlumatı təşkilatın rəhbərliyi yayıb.

Məlumatda bildirilir ki, Amos Suriya hökuməti ilə danışıqlara cəhd edəcək, çalışacaq ki, Bashar Assad rejimi əleyhinə olanlara qarşı xüsusi əməliyyat aparılan rayonlarda hökumət qüvvələri tərəfindən blokadaya alınmış sakinlərə humanitar yardımların çatdırılmasına razılıq alsın. Belə şəhərlərdən biri də prezidentin istefasını tələb edən müxalifətin əsas çıxış meydanına çevrilmiş Homsdur.

Fevralın 22-də Homsda atışma zamanı 80 nəfər, o cümlədən iki xarici jurnalist öldürülüb. Jurnalistlərdən biri Fransadan Remi Ochlik və Amerikadan Marie Colvindir. Jurnalistlərin öldürülməsinə münasibət bildirərkən Fransanın prezidenti Nicolas Sarkozy deyib ki, Bashar Assadin erası başa çatdırılmalıdır.
XS
SM
MD
LG