Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:46

Rəsmə 80 milyon dollar qiymət qoyulub


Sotheby hərracı tanınmış Norveç rəssamı, ekspressionist Edvard Munkun (Edvard Munch) “Haray” əsərinin dörd variantından birini satışa çıxarmağa hazırlaşır.

Auksionun saytında xəbər verilir ki, rəsm əsərinə 80 milyon dollar qiymət qoyublar.
Satış 2012-ci il mayın 2-də Nyu-Yorkda gerçəkləşdiriləcək.

Rəsm əsəri 1895-ci ildə çəkilib. İndi milyarder Petter Olsen-ə məxsusdur. Rəssamın müxtəlif texnikayla işlənən 3 “Haray” rəsmi isə muzeylərdədir.

Sotheby-nin bu məşhur əsəri 80 milyon dollardan da baha satmaq istədiyi xəbər verilir. Auksiondan bildiriblər ki, bu, şəxsi kolleksiyada olan ən dəyərli əsərlərdəndir. O üzdən də, ona qiymət qoymaq çox çətindir.

Satışdan əvvəl əsərin 13-17 Aprel tarixlərində Londonda sərgilənəcəyi gözlənilir. Daha sonra əsər Nyu-Yorka aparılacaq.

Munkun yaratdığı “Haray” rəsmlərinin başına iki dəfə xoşagəlməz əhvalat gəlib.
1893-cü ildə çəkilən birinci “Haray” əsəri (Der Schrei der Natur—Təbiətin harayı) 101 il sonra--1994-cü ildə Norveç Muzeyindən oğurlanıb.

Xoşbəxtlikdən bir neçə aya rəsmi tapmaq mümkün olub.

İkinci “Haray” rəsmi rəssamın Oslodakı öz muzeyindən 2004-cü ildə oğurlanıb. İki il sonra əsəri geri qaytarmaq mümkün olub.

Təkcə hərraca çıxarılan “Haray” sağ-salamat qalıb. Düz 70 ildir ki, Olsenlərin kolleksiyasında qorunur. Milyarderin atası Thomas Olsen rəssamın həm qonşusu, həm də dostu olub.

Norveçli iş adamı olan Petter Olsen satışdan qazandığı pula ya muzey, ya da sənət mərkəzi açmaq fikrindədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG