Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 16:37

Jurnalistləri Müdafiə Komitəsi jurnalistlərin qətlini pisləyib


Amerikada yerləşən Jurnalistləri Müdafiə Komitəsi Suriyanın Homs şəhərində iki media təmsilçisinin qətlini pisləyib.

Bunlar amerikalı jurnalist Marie Colvin və fransalı fotoqraf Remi Ochlik-dir.

“Bizim həmkarlarımız böyük əhəmiyyəti olan xəbərləri dünyaya çatdırırdılar. O xəbərləri ki Suriya hökuməti dünyadan gizlətmək istəyir” – deyə Komitənin direktor müavini Robert Mahoney öz bəyanatında bildirir.

Homsdakı üsyançılar jurnalistlərin hökumət qüvvələrinin şəhəri topa tutması nəticəsində öldüyünü bildirir.
XS
SM
MD
LG