Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:35

Azərbaycan və Ermənistan ziyalıları görüşüblər


Fevralın 22-də Moskvada Azərbaycan və Ermənistan ziyalıları görüşüblər. Məlumatı APA İnformasiya Agentliyi yayıb.
Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlovun iştirak etdikləri deyilir.
Adı çəkilən şəxslərə dəfələrlə zəng vursaq da, onların görüş haqda fikirlərini öyrənə bilmədik. Yalnız Kamal Abdulla dəstəyi qaldırdı və xəbəri nə təsdiqlədi, nə də təkzib etdi. “Mən Azərbaycandan kənardayam, gələrəm Azərbayacana, ətraflı danışaraq” deməklə kifayətləndi.
APA isə yazır ki, görüşdə iştirak edən Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy növbəti görüş mayda olacaq. Bu günkü görüşə gəlincə: “Görüş müsbət atmosferdə keçdi. Görüşdə hansı məsələlərin müzakirə olunduğunu açıqlaya bilməyəcəyəm. Ancaq belə qərara alındı ki, belə görüşlər tez-tez keçirilsin”.
Azərbaycan və Ermənistan ziyalıları buna qədər də görüşüblər. İlk görüş 2007-ci ildə baş tutub. O zaman nümayəndə heyəti işğal altında olan Dağlıq Qarabağ ərazisində də olub. Onları hər 2 ölkənin prezidentləri qəbul edib.
XS
SM
MD
LG