Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:34

Bəxtiyar Hacıyevlə bağlı Avropa qurumlarına müraciət olundu


Bəxtiyar Hacıyev məhkəmə salonunda

Bəxtiyar Hacıyev məhkəmə salonunda

Həbsdəki keçmiş deputatlığa namizəd, Harvard universiteti məzunu Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə edən Avropa komitəsi fəaliyyətə başlayır. Komitə fevralın 22-də Avropa Şurasına, ATƏT-ə, Avropa Birliyinə, Avropa Parlamentinə və Komissiyasına müraciət edib. Komitə istəyir ki, həmin qurumlar Bəxtiyar Hacıyevin azad edilməsi üçün Azərbaycan höküməti ilə danışıqlar aparsın.
“Avropa vətəndaşları və Avropa ilə eyni dəyərləri daşıyan hər birimiz Sizi dünyanın güclü demokratiyalarından biri kimi Bəxtiyar Hacıyevin azad edilməsi üçün Azərbaycan Prezidentinə müraciət etməyə səsləyirik”.
Avropa Komitəsində Bəxtiyar Hacıyevin bir müddət rəhbərlik etdiyi beynəlxalq tələbə təşkilatı AIESEC məzunları, üzvü olduğu Avropa və Avrasiya Gənc Siyasi Liderlər Şəbəkəsi və BMT sessiyasında onunla bərabər və ondan sonra iştirak etmiş gənc nümayəndələr təmsil olunurlar.
Bəxtiyar Hacıyev ötən ilin martında həbs edilib. O hərbi xidmətdən yayınmaqda ittiham olunur, CM-nin 321.1 maddəsiylə 2 il müddətinə azadlıqdan məhrum edilib. Amnesty İnternational onu “vicdan məhbusu” kimi tanıyıb.
Cəzasının 1/3-i tamam olduğu üçün Bəxtiyar Hacıyev ötən il məhkəməyə müraciət etsə də, Qaradağ rayon məhkəməsi ona rədd cavabı verib.
Fevralın 27-də Apellyasiya məhkəməsi həmin qərardan verilmiş şikayətə baxacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG