Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:00

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamı


AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
SƏRƏNCAM

№ 331s

Bakı şəhəri, 20 oktyabr 2011-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1620 nömrəli Sərəncamının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 194s nömrəli sərəncamı ilə Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin layihələndirilməsi və tikintisi, həmçinin kredit hesabına icra olunacaq Astara, Daşkəsən, Gədəbəy, Xırdalan, Qazax, Samux və Tərtər şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində Azərbaycan tərəfinin payının ödənilməsi üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılması nəzərdə tutulmuş vəsaitin 57600000,0 (əlli yeddi milyon altı yüz min) manat azaldılması hesabına, Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin tikintisi məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə 57600000,0 (əlli yeddi milyon altı yüz min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
XS
SM
MD
LG