Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:06

Etiraz aksiyasında ölən və yaralananlar var


Əfqanıstanda Bagram bazasında Quranın yandırılmasına etiraz olaraq dünəndən başlayan etiraz aksiyaları bu gün də davam edir. Polis maşınları yandıran, daş atan etirazçılara atəş açıb. Azı 5 nəfər ölüb, 20-dən artıq adam yaralanıb. Bu haqda yerli hakimiyyət nümayəndələri və həkimlər məlumat verib.

Bu gün ABŞ-ın Kabildəki səfirliyi işləmir. Səfirlik əməkdaşlarına şəhərə çıxmamaq tövsiyə olunub. Qarşıdurmalar Cəlalabad şəhərində də olub.

ABŞ-ın müdafiə nazir Leon Panetta Amerikanın Əfqanıstandakı hərbi bazasında Quranla rəftara görə üzr istəyib. Panetta araşdırma aparılacağına söz verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG