Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:16
«Heç kim baxmır, bütün evlər su altındadır. Hara şikayət ediriksə, baxan yoxdur. Kimə deyirsən, deyir bizlik deyil».

AzadlıqRadiosunun «Qaynar xətt»inə gileylənən Maştağa qəsəbəsi yaxınlığında bir neçə ildir ki, salınmış Müşəlan yaşayış massivinin sakini Eşqin İsmayılovdur. Deyir, 5 ildir bu ərazidə yaşayır və burada yaşadığı gündən də küçədən evə axan kanalizasiya, yağış suları ilə mübarizə aparır. Yağış yağan kimi ərazidəki evlər sulara qərq olur. Səbəb bir neçə ildir ki, yaşayış olan ərazidə kanalizasiya xətlərinin olmamasıdır.

Eşqin İsmayılov: «Bu il vəziyyət lap pisləşib, sular artıq evlərimizin döşəmələrindən qalxır. Hələ yaşayış massivinin aşağı tərəfləri lap biabırçı vəziyyətdədir. Bəlkə 500-dən artıq ev var burda. Bu yaxınlarda yığışıb aksiya da keçirtdik. Bircə qurumun işçisi qarşımıza çıxıb bir söz demədi. İcra hakimiyyəti deyir bələdiyyəlikdir, bələdiyyə deyir Fövqəladə Hallar Nazirliyi baxmalıdır. Hamı bir birinin üstünə yıxır».

Maştağa bələdiyyəsindən AzadlıqRadiosuna bildiriblər ki, qeyd olunan ərazidəki problemdən xəbərdardırlar. Ancaq bu problemi bütün Maştağa qəsəbəsinə aid etmək olar. Çünki qəsəbənin kanalizasiya sisteminin qurulmasına yeni başlanılıb. Və bu işlər mərhələyə ilə görülür. O ki qaldı suların evlərə axmasına, bunun qarşısını Fövqəladə Hallar Nazirliyi almalıdır.

Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa icra nümayəndəliyindən də eyni sözü dedilər. Xoş təşəbbüs Müşəlan yeni yaşayış massivinə nə vaxt gəlib çatacaq, bax, bunu nə bələdiyyədə, nə də icra nümayəndəliyində dəqiq bilən yoxdur.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG