Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:25
2011-ci ildə İctimai Palatanın 2 aprel aksiyası zamanı həbs olunmuş Müsavat Partiyasının fəalı Elşən Həsənov azadlığa buraxılıb.

Bu haqda məlumatı AzadlıqRadiosuna ailəsi verib.

Elşən Həsənov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Az sonra Apellyasiya Məhkəməsi onun cəzasını 1 ilə endirmişdi.

Səhhətində problem olan Elşən Həsənov bir müddət həbsxana şəraitində müalicə alıb. Bu günlərdəsə o, cəzasının yarıdan çoxunu çəkdiyini əsas gətirərək azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. Fevralın 21-də məhkəmə onun müraciətini müsbət cavablandırıb.

Hazırda o, evindədir.

2 aprel aksiyaları zamanı 14 nəfər həbs olunub.

Elşən Həsənovun AzadlıqRadiosuna müsahibəsi


- Elşən bəy, özünüzü necə hiss edirsiz?

- Belə də. Orta. Deməzdim ki, yaxşıyam, ortabab. Həm qara ciyərimdə problem var, həm ayaqlarım şişir. Ona görə xəstəxanada 2-ci qrup əlillik verilib mənə.

- Yəqin ciddi müalicə almalısız?

- Görək də...

- Necə oldu ki, azadlığa çıxdız? Səhhətinizə görə mi?

- Həbsxanada məhkəmələr olur ki, filankəsin işinə vaxtından qabaq baxılsın. Bu da belə bir məhkəmə idi. Əslində bu, rəisin təşəbbüsü ilə oldu. O dedi ki, bir ərizə yaz, mən səni çıxartdırım. Sonra gəldi ki, düzəldi. Dünən məhkəmə oldu, bu gün buraxdılar məni. Çıxdım. Və... Hiss elədim ki, azadlıq ordan yaxşıdır.

«AMMA YENƏ DƏ TÜRMƏ TÜRMƏDİR, İSTƏYİR LAP...»

- Həbsxanadakı şərait necədir?

- Məhbus həyatıdır da. Şəxsən mənim vəziyyətim pis deyildi. Müalicə şöbəsində qalırdım. Rəisin də mənə münasibəti pis deyildi. Problem olmayıb. Amma yenə də türmə türmədir də. İstəyir lap yaxşı yemək olsun, ya...

- Ən çox nədən ötrü darıxırdız?

- Evim üçün.

- 1 ilə yaxın həbsdə qaldız. Həbsinizlə bağlı nə düşünürsüz?

- Nə fikirləşəcəm, heç nəyə görə tutub basıblar, 1 il saxlayıblar məni. 1 il orda fikirləşirdim ki, nəyə görə məni tutublar, neyləmişəm axı? Cinayət etməmişəm. Avropa İnsan Haqları Məhkəməsinə qədər müraciət edəcəm. Sənədləri göndərmişəm Ali Məhkəməyə. Ordan cavab gəlsin, sonra Avropa Məhkəməsinə müraciət edəcəm.

«İSTƏRDİM 15 NƏFƏRİN HAMISI ÇIXSIN»

- Siz azadlıqdasız, amma yoldaşlarınız hələ də həbsdədir...

- Hə... Hər gün Arif Alışılıyla görüşürdük. O da «sançast»da idi. Qonşu palatada idik. Bir də cavan oğlan vardı, Elnur Məcidli, o da bizim korpusda idi. Gündə görüşürdük. Nemət Pənahlı da ordaydı. 17 nömrəli cəzaçəkmə müəssisəsindəydik. Çıxanda, əlbəttə istəyirdim ki, onlar da çıxsınlar. Əlbəttə istəyirdim. Nəinki onlar. Elə 15 nəfərin hamısının çıxmasını istədim. Heç nəyə görə hamı yatır da.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG