Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:01

Ötən il Azərbaycan gəlmə turizmindən 970 milyon manat qazanıb


Ötən il Azərbaycan gəlmə turizmindən 966.3 milyon manat gəlir əldə edib.

Bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.

O deyib ki, bu, 2010-cu illə müqayisədə 26 faiz çoxdur.

2011-ci ildə Azərbaycana 2 239 141 nəfər xarici vətəndaş gəlib. Onların 1 milyon 800 min nəfərdən çoxu turistlərdir.

Ötən il 30 mehmanxana istifadəyə verilib. Hazırda 45 mehmanxana isə tikilir. /Trend/
XS
SM
MD
LG