Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:58

Suriyada azı 100 adam ölüb


Suriyada Homs və İdlib əyalətlərində hökumət qoşunları ilə müxalifətçilər arasında baş verən atışmada azı 100 adam ölüb. Onlarla yaralı var.

Hüquq müdafiəçilərinin məlumatına görə, Azad Suriya Ordusu qüvvələrinin yerləşdiyi İdlibdə güclü döyüş olub. Homs şəhəri isə bombardman edilib.

Qızıl Xaç Komitəsi Suriyada dinc adamlara kömək üçün hər gün iki saatlıq humanitar yardım göstərilməsi təklifi ilə çıxış edib. ABŞ bu təklifi dəstəkləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG