Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:56

Koroğlu heykəli və parkının açılışı oldu


Fevralın 21-də Azərbaycan prezidenti İlham Əliyev Bakıda xalq qəhrəmanı Koroğlunun xatirəsinə ucaldılmış abidənin açılışında iştirak etdi. (AzərTAc)

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya abidə və onun yerləşdiyi Koroğlu parkı haqqında ətraflı məlumat verildi.

Bildirildi ki, abidənin postamentlə birlikdə hündürlüyü 23 metrdir.

Postament hər biri 20-35 ton olan qranit hissələrdən ibarətdir. Ümumilikdə postamentin inşasına 480 ton qranit sərf olunub. Tamamilə bürüncdən tökülmüş abidə Ukraynada hazırlanıb.

Diqqətə çatdırıldı ki, abidənin yerləşdiyi Koroğlu parkında geniş abadlıq işləri aparılıb.

Ümumi sahəsi 1,3 hektar olan parkın 4620 kvadratmetrlik hissəsinə qranit plitələr döşənib.

Burada İtaliyadan gətirilmiş 20 işıq dirəyi və 30 oturacaq quraşdırılıb.

Abidənin müəllifi, Azərbaycanın Xalq Rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, SSRİ və Azərbaycan Respublikası Dövlət mükafatları laureatı, professor Tokay Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov və Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

Şərhləri göstər

XS
SM
MD
LG