Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:55

Bakıda Koroğlunun abidəsinin açılışı olub


Fevralın 21-də prezident İlham Əliyev Bakıda xalq qəhrəmanı Koroğlunun xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib.

AzərTac-ın məlumatına görə, abidənin postamentlə birlikdə hündürlüyü 23 metrdir. Postament hər biri 20-35 ton olan qranit hissələrdən ibarətdir. Ümumilikdə postamentin inşasına 480 ton qranit sərf olunub. Tamamilə bürüncdən tökülmüş abidə Ukraynada hazırlanıb.

Abidənin yerləşdiyi Koroğlu parkında abadlıq işləri aparılıb. Ümumi sahəsi 1,3 hektar olan parkın 4620 kvadratmetrlik hissəsinə qranit plitələr döşənib. Burada İtaliyadan gətirilmiş 20 işıq dirəyi və 30 oturacaq quraşdırılıb.
Abidənin müəllifi professor Tokay Məmmədovdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG