Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:59

Yazıçı romanına 11 sonluq yazıb


Britaniya yazıçısı Kerolayn Smeyls (Caroline Smailes) “Niyənin 99 səbəbi” (99 Reasons Why) romanı üçün 11 sonluq yazıb.

Roman elektron variantda olacaq.

“The Independent” qəzetinə müsahibəsində yazıçı bildirib ki, o bu yolla müxtəlif zövqlü oxucuların tələbatını ödəməyə çalışıb.

“Onlar ürəkləri istəyən sonluğu seçə bilərlər. Hətta xoş sonluğu da”--yazıçı belə deyib.
Məsələ burasındadır ki, xanım Smeyls bundan qabaqkı iki kitabını pis sonluqla bitirdiyinə görə qınanmışdı.

Çoxları belə düşünürmüş ki, yazıçının əsərləri faciəli və bədbin sonluqla bitir. Yazıçı elə bu üzdən də elektron kitabın üstünlüyündən yararlanıb və yeni romanını bitirməyi oxucuların öhdəsinə buraxıb.

Yazıçının bu ideyanı rejissor P. Sfirisin “Ueynin dünyası” (Wayne's World) kinofilmindən götürdüyü güman edilir.

Yazılan finalların müxtəlif stillərdə olduğu xəbər verilir.

Roman evdən çıxa bilməyən, bütün dünyaya ancaq öz yataq otağından baxan bir qadının taleyindən bəhs edir. Qadının ailəsi sonda cinayət yoluna düşür.

Kitab “HarperCollins” nəşriyyatında gələn ay çıxacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG