Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:22

Özbəkistan türkiyəli 9 iş adamını məhkum etdi


Özbəkistan bir qrup türk iş adamını iqtisadi cinayətlərdə məhkum edib və onları ölkədən çıxardıb.
Özbəkistanın Dövlət televiziyası öz məlumatında bildirib ki, bu türk iş adamları vergidən yayınmaya və kölgə iqtisadiyyatı yaratmalarına görə məhkum olunublar.
Onların Özbəkistandakı bütün əmlakı və vəsaitləri müsadirə olunub.

Türkiyəli 8 iş adamı məhkum olunan kimi, onlara amnistiya verilib və onları ölkədən çıxarıblar.
9-cu isə 3 il həbs cəzasını çəkmək üçün Özbəkistan həbsxanasına göndərilib və 15 min dollar cərimə olunub.

Tutulanların əksəriyyəti keçən il Daşkənddə Turkuaz supermarketinin yoxlanması zamanı həbs olunublar.
XS
SM
MD
LG