Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:09

KazAtomProm-un keçmiş vitse prezidenti Kanadada həbs olunub


Qazaxıstanın milli atom enerjisi şirkəti olan KazAtomProm-un keçmiş vitse prezidenti Rustem Tursunbaev Kanadada həbs olunub.
O, Kanadanın miqrasiya qanunlarını pozmaqda ittiham olunur.

Bu məlumatı Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi verib.

Qazaxıstan 49 yaşlı Tursunbayevi beynəlxalq axtarışa vermişdi.
Tursunbayev kriminal qrup yaratmaqda, pul mənimsəməkdə, vergidən yayınmaqda ittiham olunur.

Tursunbayevin keçmiş rəisi, KazAtomProm-un keçmiş rəhbəri Mukhtar Dzhakishev keçən ilin martında korrupsiyaya görə 14 il həbs cəzası aldı.
Ancaq o bu ittihamları rədd edir.
Dzhakishev və Tursunbayev onlara qarşı ittihamların siyasi motivli olduğunu bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG