Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:13
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) "Mətbuata hücumlar -2011" adlı illik hesabatını açıqlayıb.

Hesabatın Azərbaycana aid bölməsində deyilir ki, uydurma ittihamla həbs olunan Eynulla Fətullayev dörd ildən sonra azadlığa çıxıb. O, Avropa İnsan Haqları Məhkəməsinin onun azadlığını tələb etdikdən sonra azadlığa buraxılıb.
Həssas mövzuları işıqlandıran azərbaycanlı jurnalistlərə hücumlar cəzasız qalır. İslam və hökumət haqqında tənqidi yazılar yazdığına görə Rafiq Tağı küçədə hücuma məruz qalıb və aldığı bıçaq yarasından ölüb.

Müxalif «Azadlıq» qəzetinin iki əməkdaşı - Ramin DekoSeymur Həziyev yazın əvvəlində döyülüblər. «Xural» qəzetinin əməkdaşı ilin sonunda əsassız ittihamla həbs olunub. İnsan haqlarına dair sənədli film çəkən İsveç televiziyasının əməkdaşları ölkədən çıxarılıb, erməni mənşəli olduğuna görə bir fotomüxbirin ölkəyə gəlməsi qadağan olunub.
The Washington Post və The New York Times üçün yazan amerikalı jurnalist Amanda Erickson və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun britaniyalı əməkdaşı Celia Davies iyunda Bakıda hücuma məruz qalıblar. Sentyabrda Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun jurnalisti İdrak Abbasovun evinə hücum olub. Hücum edənlərin şəxsiyyəti müəyyən edilməyib.

Hesabatda dünyadakı vəziyyət haqda deyilir ki, Pakistan jurnalistlər üçün ən təhlükəli yerdir. Burda keçən il 7 jurnalist öldürülüb.

Liviyada 5, İraqda da 5 jurnalist öldürülüb.

Keçən il dünyada 46 jurnalist həlak olub.

2011-ci ildə “ərəb baharı”nı işıqlandırarkən 15 jurnalist öldürülüb.

Dünyada keçən il tutulan jurnalistlərin sayı isə 179-dur.

Ən çox jurnalist İranda tutulub- 42.

Özbəkistanda 5 jurnalist həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG