Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:40

Amerikalı general “Quran”ın yandırılmasına görə üzr istədi


Əfqanıstanda beynəlxalq qüvvələrə komandanlıq edən amerikalı general John Allen üzrxahlıq edib. Üzrxahlığa səbəb NATO hərbi qulluqçularının müsəlmanların dini kitablarını, o cümlədən “Quran”ı təhqir etməsi ilə bağlı yeni məlumatlardır.

Bəyanatda deyilir ki, Baqramdakı beynəlxalq qüvvələrin hərbi bazasında “Quran”ın bir neçə nüsxəsinin yandırılması ilə bağlı məlumatlar araşdırılır. General Allen bununla bağlı Əfqanıstan prezidenti, hökuməti və xalqından üzr istəyib.

“Quran”ın yandırılması ilə bağlı Baqram bazası ətrafına iki mindən çox əfqanlı toplaşaraq etiraz ediblər. Daha bir etiraz aksiyası isə Kabulda olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG