Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:05
-
12 İLLİK TƏHSİLİN 12 DƏRDİ...

«Bizim yol» qəzeti yazır ki, Azərbaycanda orta məktəblərdə təhsilin 12 illiyə keçirilməsi xeyli texniki problemlər yaradacaq.

Təhsil naziri Misir Mərdanov bildirib ki, 12 illik təhsil ilk növbədə Azərbaycan cəmiyyətində çox ciddi problem olan repetitorluğun qarşısını alacaq. Amma ekspertlər hazırkı təhsil sisteminin 12 illiyə hazır olmadığını iddia edirlər. Onlar hesab edirlər ki, tədris ilinin daha 1 il artırılması proqramların, dərsliklərin işlənib hazırlanmasında xeyli problemlər yaradacaq.

AZƏRBAYCAN SABİTLİK ADASI VƏ TOLERANTLIQ NÜMUNƏSİDİR

«Yeni Azərbaycan» qəzeti yazır ki, «prezident İlham Əliyev tərəfindən həyata keçirilən rasional daxili siyasət kursunun fonunda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın təhlükəsiz şəraitdə yaşamasına, özünün hüquq və azadlıqlarından istifadə etməsinə, öz imkan və qabiliyyətlərini reallaşdırmasına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hər bir vətəndaş dinindən, dilindən, millətindən asılı olmayaraq, Azərbaycanın qiymətli, dəyərli vətəndaşıdır:

«Bizi bəzi başqa ölkələrdən fərqləndirən məhz budur. Heç vaxt heç bir yerdə ayrı-seçkiliyə yol verilməyəcək və verilmir. Bunun qarantı mənəm - Azərbaycan Prezidenti! Heç vaxt Azərbaycanda milli zəmində qarşıdurma olmayıbdır və olmayacaqdır»…».

500 DƏMİRYOLÇU İŞSİZ QALDI

«Azadlıq» qəzeti yazır ki, Rusiyaya gedən qatarlar köhnəliyinə görə xətdən çıxarılıb. «Azərbaycan dəmiryolu təsərrüfatında 500-ə qədər insanı işsizlik təhlükəsi təhdid edir. Buna səbəb fevralın 15-dən Bakı-Moskva qatarının dayandırılmasıdır. Daha dəqiq desək, bu reys üzrə indi ancaq şimal qonşumuzun qatarları işləyir. Bizimkilər isə xətdən çıxarılıb. Buna görə də 500-dək adam narahat günlərə qədəm qoyub». «Azadlıq»la söhbətləşən bələdçilər deyir ki, tezliklə onların əmək hüquqları bərpa edilməsə, aksiyalara başlayacaqlar. Bələdçilər deyir ki, idarələrinin həmkarlar birliyi onların probleminə zərrə qədər də diqqət ayırmır. Ona görə onlar yaxın günlərdə öz hüquqlarını qorumaq üçün müstəqil həmkarlar qurumu yaradacaqlar…»

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG