Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:50

Barak Obama Əfqanıstanlı həmkarı ilə sülh məsələsini müzakirə edib


ABŞ prezidenti Barak Obama Fevralın 20-də Əfqanıstanlı həmkarı Hamid Karzai ilə bu ölkədə sülhün bərqərar olunmasını müzakirə edib.

Ağ Evin məlumatına görə, telefonda baş tutan müzakirədə ölkə başçıları həm də, ötən həftə İslamabadda baş tutan Pakistan, İran və Əfqanıstan arasındakı üçtərəfli danışıqları da müzakirə ediblər.

Ötən həftə Əfqanıstanın prezidenti Hamid Karzai “Wall Street Journal”a müsahiəsində deyib ki, Birləşmiş Ştatların iştirakı ilə əfqan hökuməti talibanla danışıqlar aparır. Taliban təmsilçiləri isə bu məlumatı təkzib ediblər.
XS
SM
MD
LG