Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:11

Yunanstana beynəlxalq maliyyə yardımı veriləcək


Avrozonaya daxil olan ölkələrin maliyyə nazirləri Yunanstanın defoltdan qurtulması proqramı çərçivəsində bu ölkəyə beynəlxalq maliyyə yardımı verməklə bağlı razılığa gəliblər. Nazirlər fevralın 20-də Brüsseldə toplaşıblar.

Bir müddət idi ki, bu məsələ ətrafında problem yaranmışdı. Kredit verənlərin şərtləri ağır olduğundan bu, Yunanstan cəmiyyətinin etirazına səbəb olmuşdu. Bu səbəbdən ikinci yardım proqramı ilə bağlı qərar dalana dirənmişdi.

Hazırda Yunanstana verilməsi planlaşdırılan beynəlxalq yardım 2014-cü ilədək 130 milyard avro nəzərdə tutulub. Bundan başqa şəxsi kreditorlar Yunanstanın borcunun 53,5 faizini, başqa sözlə 100 milyard avrodan çoxunu siləcəklər.
XS
SM
MD
LG