Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:00
"Washington Post" qəzeti Alim Qasımovun ABŞ səfərindən yazıb.

Samantha Bukerin "Kronos kvarteti və Alim Qasımov" adlanan məqaləsində xanəndənin Amerikanın avanqard musiqi ifa edən məşhur "Kronos" simli alətlər dördlüyü ilə əməkdaşlığından bəhs edilir:

"Kronos" kvartetinin üzvü David Harrington-un böyük Azərbaycan xanəndəsi Alim Qasımovun muğam ifasına ilk dəfə qulaq asmasından 20 ildən çox vaxt keçir. Bu arada Qasımovun da bir arzusu olub. O, Türkiyə və İran qruplarının skripka və violançeldə ifasını dinləyərək "Aga Khan Trust"a deyib: "Təsəvvür edirəm... Əgər bu alətlər bizdə olsaydı, muğamımızda nələr edə bilərdik". Amma ona aranjmançı lazım idi. Bunsuz belə böyük ansamblın ifası mümkün olmazdı. Məhz bu məqamda Harrington və "Kronos" kvarteti meydana daxil olur. Onlar Alim Qasımovun arzusunu gerçəyə çevirmək üçün bu işə Jacob Garchik-i cəlb edirlər. Və bütün bunlar ötən şənbə axşam Maryland Universitetində reallığa çevrilir".

Məqalədə deyilir ki, Alim Qasımov həqiqi bir cazibə qüvvəsi olan xanəndədir. "Beş nəfərlik ansamblı və "Kronos" üzvləri məhz bu cazibə qüvvəsi ətrafında dövr edir".

Qəzet A.Qasımov və qızı Fərqanənin duetinə yüksək qiymət verir. Alim Qasımovun "çoxoktavalı gəzişmələrinin qəfildən pıçıltı ilə əvəzlənməsi, daha sonra yenidən zəngulələrə keçməsinə" diqqət çəkir.

"O sanki duaya çağırış edir, vaiz kimi əllərinə göyə qaldırır"

Məqalədə deyilir ki, Alim Qasımovun ifası o qədər təbiidir ki, sanki o, kvartetlə, ansamblla, tamaşaçılarla adi bir söhbət edir. "Belə məhrəm söhbət böyük konsert zalları üçün nadir haldır".

"Kronos" kvarteti dünyanın bir çox ölkələrindən olan ifaçılarla əməkdaşlıq edir.

Dördlük 2004-cü ildə "Grammy" mükafatına layiq görülüb.

Alim Qasımovun "Kronos"la birgə Maryland Universitetindəki çıxışından:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG