Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:25

Rüşvət almaq ittihamı ilə iki məmur tutuldu


Arxiv foto
Arxiv foto

Respublika prokurorluğunun məlumatına görə onlardan biri vətəndaşdan iş stajının hesablanması və əlillik dərəcəsinin müəyyən olunması üçün 2000 manat alıbmış. Dövlət Əmək Müfəttişiliyinin işçisi isə 1500 manat rüşvət alarkən tutulub.


Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi bu günlərdə rüşvət aldığına görə 2 nəfəri saxlayıb.

Onlardan biri "Mübariz" Müharibə Veteranlar Birliyinin idarə heyətinin sədri Seymur Şirinovdur.

Baş Prokurorluğun mətbuat xidmətinin fevralın 20-də yaydığı məlumata görə, o, xidməti otağında iş stajının hesablanması və əlillik dərəcəsinin müəyyən olunmasına görə bir nəfərdən 2000 manat rüşvət alarkən saxlanılıb.

Digər saxlanılan şəxs isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinin Xəzər rayonu 1 saylı region üzrə Müfəttişliyinin rəis müavini Teyyub Dəmirovdur. Onun inzibati xəta ilə əlaqədar cərimənin tətbiq olunmaması üçün bir nəfərdən 1500 manat rüşvət alarkən saxlandığı bildirilir.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə cinayət işi başlanıb və həbs olunublar.

Bu ittihamlar sübuta yetirilsə, onları 3 ilədək müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Amma hələlik Respublika Prokurorluğunun məlumatında adı çəkilən şəxslərin vəkilləri, ya da yaxınlarının bu ittihamlarla bağlı hər hansı münasibətləri məlum deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG