Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:07

Keçmiş deputat dövlət çevrilişinə cəhd ittihamıyla həbs edilib


Gürcüstanda keçmiş deputat dövlət çevrilişinə cəhd ittihamıyla həbs edilib.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Valery Gelbakhiani 2008-ci ilin prezident seçkilərindən sonra kütləvi iğtişaşlar planlaşdırırmış. Nazirlik keçmiş deputatın bu planlarını müzakirə elədiyi vaxt çəkilən gizli video görüntüləri də yayımlayıb.

Valery Gelbakhiani müxalifət lideri, milyarder Badri Patarkatsishvilinin müttəfiqi idi. O fevralın 20-də Gürcüstandan Ermənistana qaçmağa cəhd edərkən həbs edilib.

2008-ci ilin prezident seçkilərində qərb meylli namizəd Mikheil Saakashvili qalib gəlmişdi.
XS
SM
MD
LG