Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:40

Əmək Müfəttişliyinin regional sədr müavini rüşvət ittihamıyla tutulub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini rüşvətə görə həbs olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, fevralın 18-də vətəndaş Əliağa Ağayevin şikayəti əsasında müfəttişliyin rəis müavini Teyub Dəmirov 1 500 manat rüşvət alarkən tutulub.

Dəmirov Cinayət məcəlləsinin 311.1-ci maddəsi, rüşvət alma ilə ittiham olunur.
XS
SM
MD
LG