Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:13

Müsavat Partiyasının qurultayı təxirə salınıb


Müsavat Partiyasının gələn aya planlaşdırılan qurultayı qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı AzadlıqRadiosuna deyib ki, Bakı şəhərə icra hakimiyyəti onlara istədikləri yeri verməkdən imtina etdiyi üçün onlar qurultayı təxirə salmalı olublar:
“İşçi qrupu yaradılıb ki, qurultayın keçirilməsi üçün yer axtarsın. Yer tapandan sonra qurultayın vaxtını müəyyən edəcəyik”.
Müsavat Partiyası bu il martın 3-4-də qurultay keçirilməyi planlaşdırmışdı. Qurultay zamanı partiyanın rəhbərliyinə yeni başqan seçilməsi gözlənirdi. İndiki başqan İsa Qəmbər daxili nizamnaməyə uyğun olaraq üçüncü dəfə namizədliyini irəli sürməyəcəyini bəyan etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG