Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:48

Türkiyədə İran investisiyalı şirkətlərin sayı kəskin artır


Ötən il Türkiyədə 3 834 beynəlxalq investisiyalı şirkət yaradılıb ki, bu da illik müqayisədə 15,9% çoxdur.

“APA-ECONOMICS”in “Anadolu” agentliyinə istinadən xəbərinə görə, 556 yerli şirkətə beynəlxalq investisiya yatırılıb, 3 278 beynəlxalq investisiyalı şirkət qurulub.

Bu şirkətlərin əksəriyyəti topdan və pərakəndə ticarət, daşınmaz əmlak kirayəsi, informasiya mübadiləsi, depo və s. sahələrdə fəaliyyət göstərir. Onların çoxu isə İran sərmayəsi ilə qurulub.

Bir il əvvəl Türkiyədə yaradılan İran investisiyalı şirkətlərin sayı 418 olubsa, 2011-ci ildə bu göstərici 41% artaraq 590-a çatıb. Bununla da Türkiyədə fəaliyyət göstərən İran investisiyalı şirkətlərin sayı 2 140-a çatıb.
XS
SM
MD
LG