Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:35

AXCP üzvü polis idarəsinə çağrılıb


AXCP Ali Məclisinin üzvü Elçin Həsənov «Facebook»-da deputat Fərəc Quliyevi təhqir etmək ittihamı ilə üzləşib. Bu barədə AzadlıqRadiosuna məlumat verən Elçin Həsənov deyib ki, fevralın 20-də onu Sumqayıt polis idarəsinə çağırıblar və deyiblər ki, barəsində şikayət var:
«Guya mən «Facebook»-dakı statusumda Fərəc Quliyevi, Heydər Əliyevi təhqir etmişəm, hətta onu telefonla hədələmişəm. İzahatımda da yazdım ki, mən heç Fərəc Quliyevin telefonunun nömrəsini bilmirəm».
«Facebook hesabındakı parolun sındırıldığını və bir neçə gündür ki, parolunu geri qaytara bildiyini deyən Elçin Həsənovun sözlərinə görə, onunla Fərəc Quliyev arasında 2010-cu il parlament seçkisi zamanı narazılıq olub, hətta Quliyevin şikayəti əsasında polis tərəfindən saxlanıb da:
«Amma ondan sonra mən Fərəc Quliyevlə heç vaxt üz-üzə gəlməmişəm, nə də «Facebook»da onu təhqir etmişəm».
Sumqayıt Polis İdarəsindən AzadlıqRadiosuna faktı təsdiqlədilər, dedilər ki, Fərəc Quliyevin şikayəti əsasında Elçin Həsənovu idarəyə çağırıblar və fakta bağlı araşdırma aparırlar.
Fərəc Quliyevin məsələyə münasibətini öyrənmək istəsək də, o, telefon zənglərimizə cavab vermədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG