Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:42

Zeynal Bağırzadənin məhkəmə işi üzrə hazırlıq iclası davam edib


Fevralın 20-də AXCP fəalı Zeynal Bağırzadənin məhkəmə işi üzrə hazırlıq iclası davam etdirilib.

Bu haqda AzadlıqRadiosuna onun qardaşı Yaşar Bağırsoy məlumat verib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasında Zeynal Bağırzadənin təqdim etdiyi vəsatətlər təmin edilməyib.

Onun səhhətindəki problemlərə görə xəstəxanaya yerləşdirilməsi ilə bağlı məhkəməyə müraciəti də rədd edilib.

Hakim məhkəmə baxışını fevralın 29-na təyin edib.

Fevralın 17-də bu iş üzrə birinci hazırlıq iclası keçirilmişdi.
Zeynal Bağırzadə həmin iclasda bir neçə vəsatətlə çıxış edib. Vəsatətlərdən biri cinayət işinə xitam verilməsi ilə bağlı olub. Bağırzadə ittihamları saxta, həbsini sifarişli hesab edir.

Digər vəsatətlər Naxçıvan MR prokurorluğunun müstəntiqi İlqar Əsgərov barəsində qərar çıxarılması və məhkəmə iclaslarında videoçəkilişə icazə verilməsi ilə bağlı olub.

Zeynal Bağırzadə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, saxta sənədlərdən istifadə etmə və dələduzluq yolu ilə külli miqdarda ziyan vurmada ittiham olunur.

2011-ci ilin dekabrında Naxçıvan şəhər Məhkəməsi onun barəsində 3 aylıq həbs qərarı verib.
XS
SM
MD
LG