Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:04

Rafiq Tağının ailəsi prezidentə müraciət edib


Qətlə yetirilmiş yazıçı-publisist Rafiq Tağının ailəsi prezident İlham Əliyevə müraciət edib.

Bu barədə «APA»ya yazıçının qardaşı İlqar Tağıyev məlumat verib.

«Biz Rafiq Tağının ailəsi olaraq qatilin indiyə kimi tapılmamağından narahatıq. İstintaq orqanı işi obyektiv araşdırmır, bizim verdiyimiz vəsatətlərin heç biri qəbul olunmur. Sizdən xahiş edirik ki, cinayət işinin ətraflı araşdırılması üçün göstəriş verəsiniz» - deyə müraciətdə qeyd olunur.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb. Noyabrın 23-də yazar xəstəxanada keçinib.

Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq davam edir, saxlanan yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG