Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:00

Fevralın 21-dən havalar isinəcək


Sabahdan başlayaraq Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə yüksəlməyə başlayacaq.

Bu barədə «APA»ya Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

Fevralın 20-si axşamdan etibarən Bakı və Abşeron yarımadasında külək tədricən zəifləyəcək, sabahdan isə mülayimləşəcək:

«Sabah [21 fevral] ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə yüksəlməyə doğru gedəcək, temperatur 3-4 dərəcə artacaq. Yaxın 3 gün ərzində respublika ərazisində mülayim hava şəraiti gözlənilir».
XS
SM
MD
LG