Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:23

BMT əməkdaşının anasını qətlə yetirən şəxs saxlanılıb


Azərbaycanda BMT əməkdaşının anasının qətlinin üstü açılıb.

Bu barədə «APA»ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.

73 yaşlı Elmira İsmayılovanı yaşadığı evdə qətlə yetirərək mənzilə od vuran şəxsin mərhumun qonşusu, 23 yaşlı Natiq Hümbətov olduğu müəyyənləşib. N.Hümbətov polis tərəfindən saxlanılıb. O, ilkin dindirilmə zamanı hadisəni qarət məqsədilə törətdiyini etiraf edib.

Qətl hadisəsi fevralın 17-si paytaxtın Azadlıq prospektində yerləşən 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1938-ci il təvəllüdlü Elmira İsmayılova naməlum şəraitdə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Sonra mənzil yandırılıb.

Qətlə yetirilən qadın BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG