Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:06
Fevralın 22-də saat 14 00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Eyvaz Əlləzoğlunuanım mərasimi keçiriləcək.

Eyvaz Əlləzoğlu 1956-cı ildə Gürcüstanın Qardabani (Qarayazı) rayonunun Muğanlı kəndində anadanolub. Tbilisi Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib.

1980-ci ildən mətbuatda hekayələr və publisistik yazılarla çıxış edib.

Onun ssenarisi əsasında “Ov” cizgi filmi ekranlaşdırılıb.

Gürcü ədəbiyyatından tərcümələri var. “Ölü yay” (hekayələr); “Yatan dinozavrlar” (hekayələr); “Odunçu geri qayıdır” (roman) kitablarının müəllifidir.

Eyvaz Əlləzoğlu 1993-1996-cı illərdə Prezident Administrasiyasında məsləhətçi, 1996-1998-ci illərdə Azərbaycanın Gürcüstandakı səfirliyində ikinci katib vəzifələrini tutub.
XS
SM
MD
LG