Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:31

«Əcnəbi miqrantların Naxçıvana marağı artıb...»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!


ŞƏRQ QAPISI
13.01.2012
Sayı: 7(20.412)

NAXÇIVAN ŞƏHƏRİNDƏ YENİ MEBEL SALONU FƏALİYYƏTƏ BAŞLAMIŞDIR

Yanvarın 12-də Naxçıvan şəhərində yeni mebel salonu istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir...

...Ali Məclisi sədri muxtar respublikada vacib sahələrdən biri olan yeni Mebel Salonunun istifadəyə verilməsi münasibətilə sahibkarları və kollektivi təbrik edərək demişdir: Bu gün ölkəmiz hərtərəfli inkişaf edir, bütün sahələrə diqqət və qayğı göstərilir, uğurlu nailiyyətlər qazanılır. Bu isə yeni iş yerlərinin açılmasına, əhalinin rifah halının yaxşılaşdırılmasına, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə səbəb olub. Bu fikirlər Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində ötən ilin yekunları və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı keçirilən müşavirədə deyilmişdir...

ÖTƏN İLİN YEKUNLARI MÜZAKİRƏ EDİLİR

...Muxtar respublikada əldə olunan sosial – iqtisadi tərəqqi, yeni müəssisələrin yaradılması, tikinti – quruculuq tədbirlərinin geniş vüsət alması əcnəbi vətəndaşların regionumuza olan marağını daha da artırıb, bu da miqrasiya proseslərinin intensivləşməsinə səbəb olub.

Bu fikirləri Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində ötən ilin yekunları və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı keçirilən müşavirədə səsləndirilib...

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Qışın qarlı çağında, yayda gün qabağında
- Voleybol birinciliyi
- Naxçıvan Dövlət Universitetinin elmi əməkdaşlığı genişlənir
- Sosial Məsuliyyət: qarşılıqlı öhdəlik və etibarlı əməkdaşlıq.
XS
SM
MD
LG