Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:17

Yunanıstan hökuməti sonuncu tədbirlər paketini də qəbul etdi


Yunanıstanın nazirlər kabineti növbəti iqtisadi tədbirlər paketi qəbul edib.

Bu Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun tələb etdiyi sonuncu tədbirlər paketidir.

Söhbət dövlət sektorlarında maaşların ixtisarından gedir.

Bu təxminən 325 milyon avro deməkdir.

Qərar avrozona ölkələri maliyyə nazirlərinin Brüssel görüşü ərəfəsində qəbul edilib.

Bazar ertəsi keçiriləcək görüşdə defoltdan qaçmaq üçün Yunanıstana 130 milyard avro kredit verilməsilə bağlı qərar qəbul edilməlidir.

Amma analitiklər hesab edir ki, heç də bütün avrozona ölkələri Afinaya yardımı dəstəkləmir, ondan əlavə təminatlar tələb edirlər.
XS
SM
MD
LG