Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:18

Rusiya müxalifəti «Ağ küçələr» adlı avtoyürüş keçirib [Fotoqalereya]


Avtoyürüşdən çəkilmiş foto

Avtoyürüşdən çəkilmiş foto

Fevralın 19-da Moskvada «Ağ küçələr» adlı avtoyürüş keçirilib. Yürüş «Azad seçkilər uğrunda» aksiyalar çərçivəsində keçirilib. Yürüş iştirakçıları mərkəzi keçələrdə və Kreml ətrafında hərəkət edirlər. Həmin keçələrdə polislər yığışıb.
Avtoyürüşdə yazıçı Boris Akunin, teleaparıcı Kseniya Sobçak, jurnalist Vladimir Varfolomeev də iştirak edib. İlk maşın Kremldə «Yabloko» partiyasının ağ bayraqları ilə görünüb.

Avtoyürüşün təşkilatçılarından biri Petr Şkumatov bildirib ki, bu aksiya flaşmobdur, yürüşdə istəyən sürücü iştirak edə bilər. O sürücülərdən xahiş edib ki, maşınınıza ağ lentdən və ağ vərəqdən tutmuş istənilən ağ əşya yapışdıra bilərsiniz. Petr Şkumatov yürş iştirakçılarına digər sürücülərə hörmətlə yanaşmağı, münaqişəli vəziyyət yaratmamağı, sükan arxasında diqqətli olmağı xahiş edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG