Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:35

İran uran zənginləşdirilməsini tezləşdirə bilər


İran uran zənginləşdirilməsini Qum şəhəri yaxınlığndakı yeraltı reaktora köçürməklə tezləşdirə bilər.

Bu barədə BBC Vyanadakı diplomatik mənbəə istinadla xəbər verir.

Mənbənin məlumatına görə, yaxın zamanlarda bu yeraltı reaktorda yeni növ sentrafuqlar quraşdırıla bilər.

Beynəlxalq Atom Enerjisi Agentliyinin Vyanadakı baş qərərgahı hələlik bu məlumatı təsdiqləməyib.

Zənginləşdirilmiş urandan Atom Elektrik Stansiyaları, habelə nüvə silahının istehsalında istifadə oluna bilər.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə ittiham edir.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

ABŞ və Avropa Birliyi artıq İrana qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG