Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:03

El&Nikki və Çelentano eyni səhnədə (VİDEO)


Italiya- Ell&Nikki dueti San Remo festivalının səhnəsində

Italiya- Ell&Nikki dueti San Remo festivalının səhnəsində

"San Remo" italyan mahnısı festivalının qalibi 27 yaşlı müğənni Emma olub.

Festivalda İtaliyanı Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edəcək müğənni də seçilib. Bu, Nina Zillidir.

Qalibin adını səhnədən "Eurovision-2011"in qalibləri, Azərbaycan dueti Eldar və Nigar elan ediblər.

Bundan başqa festivalda məşhur italyan müğənnisi Adriano Çelentano da çıxış edib. Böyük fasilədən sonra onun oxuduğu mahnılar festival tamaşaçılarını coşdurub.

İtaliya mətbuatı onun bu çıxışa görə təxminən 1 milyon dollar qonorar aldığını yazıb.

Amma 75 yaşlı müğənninin günün aktual mövzularında səsləndirdiyi fikirlər daha böyük rezonans doğurub. Çelentano kilsəni. siyasətçiləri kəskin tənqid edib. Bu çıxış festivalın keçirildiyi 5 gün ərzində İtaliya cəmiyyətində qızğın debatlar doğurub. Çelentano katolik mətbuatını, xüsusən də ölkənin iki böyük katolik qəzetini - "Avvenire" və "Famiglia Cristiana"nı "riyakarlıq"da ittiham edərək onları "siyasiləşməkdə və Allahdan çox siyastdən danışmaqda" suçlayıb. Müğənni hətta həmin qəzetləri bağlamağa çağırıb. Bundan başqa o, Avropadakı iqtisadi böhranla da bağlı fikrini bildirib. Çelentano deyib ki, Almaniya və Fransa böhran vəziyyətində olan Yunanıstana etdikləri yardım əvəzində ondan alman və fransız istehsalı olan silahlar, hərbi gəmilər almağı tələb edir. "Biz belə abırsız Avropamı arzulayırıq? Silahlarla dolu Avropamı?"

İtaliya Yepiskop Konfransının orqanı olan SİR informasiya agentliyi Çelentanonun çıxışını "cahillik" adlandırıb. "Cahil öz fikirlərini yaymaq üçün mikrofonu ələ alanda buna mütləq reaksiya vermək lazımdı -insanlara olan ehtirama və həqiqətə olan segimizə görə".

Çelentano İtaliyanın hazırkı hökumətini də tənqid edib. O deyib ki, Monti hökuməti "ən yüksək materiyadan düzəldilsə də, siyasi partiyaların korroziya doğuran təsirləri altındadır".



Günün bütün mövzuları

XS
SM
MD
LG