Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:22

Suriya ordusu Homs ətrafına əlavə qüvvələr atır


Suriya müxalifəti Homs şəhəri ətrafına əlavə qüvvələr atıldığını xəbər verirlər.

Müxalifət fəalları bazar günü yüzlərlə müxalifət tərəfdarının gizləndiyi Baba-Əmr rayonunun atəşə tutulduğunu deyirlər.

Rəsmi SANA agentliyi isə İdlib əyalətində baş prokur və hakimin öldürüldüyünü xəbər verir.

Çin xarici işlər nazirinin müavini Zhai Jun şənbə günü Dəməşqə səfəri zamanı münaqişə tərəflərini ölkədə qan tökülməsini dayandırmağa çağırıb.

Bundan bir qədər sonra Çin xarici işlər nazirliyinin rəsmi saytında gedən bəyanatda
Pekinin, münaqişənin sülh yoluyla həlliylə bağlı Ərəb Dövlətləri Liqasının təşəbbüsünü dəstəklədiyi bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG