Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:35

Şimali Koreya cənuba xəbərdarlıq edib


Şimali Koreya xəbərdarlıq edib ki, əgər Seul dənizdəki mübahisəli ərazinin yaxınlığında növbəti hərbi təlim keçirsə Şimali Koreyanın mövqelərinə hücum edəcək.

Ordu komandanlığının bazar günü yaydığı bəyanatda Cənubi Koreyanın Sarı dənizdə artileriya təlimlərinə hazırlaşdığı bildirilir.

Phenyan bu planın hərbi fitnəkarlıq olduğunu və buna amansız cavab veriləcəyini bildirib.

Cənubi Koreyanın müdafiə nazirliyi məlumatı təsdiqləməyib, amma gələn həftə ABŞ-la birlikdə şimalın dediyi ərazidən uzaqda, daha cənubda sualtı təlimlər keçiriləcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG