Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:02

Latviyalılar rus dilinin dövlət dili olmamasına səs verib


Latviyada seçicilərin təxminən 80 faizi Rus dilinin ikinci dövlət dili olmamasına səs verib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının yaydığı ilkin nəticələrdə bildirilir.

Latviyanın 2 milyon əhalisi var.

Onların xeyli hissəsini ruslar və keçmiş Sovet respublikalarından gələnlər təşkil edir.

Ölkə konstitusiyasına belə bir düzəliş edilməsi üçün 50 faizdən artıq səs lazım idi.
XS
SM
MD
LG